İndiyədək Azərbaycanın vergi orqanları tərəfindən 67,755 min ədəd yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb (iyulda – 1,416 min ədəd NKA). Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2022-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 13 milyard 229 milyon 241,6 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur”, - Xidmətdən bildirilir.
Nazirlər Kabineti “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ni təsdiq edib və proses 4 mərhələdən ibarətdir. Yeni nəsil NKA-lar 2022-ci ilin sonunadək bütün ölkə ərazisində tətbiq olunacaq.**
X.Nəsirzadə