Azərbaycanda koronavirus infeksiyasına 520 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 804 min 165-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 488 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 768 nəfərə çatıb.
Virusa yoluxmuş 791,203 min nəfər (sutka ərzində +518) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3194 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 446 (ötən gün 4 min 076 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 88 min 294 test aparılıb.**
X.Nəsirzadə