Şənbə günü səhər saatlarında “Turkish Airlines” aviaşirkətinə məxsus Bişkek-Antalya reysini həyata keçirən təyyarə Bakıya plandankənar eniş edib. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
“Turkish Airlines” aviaşirkətinə məxsus THY4055 Bişkek-Antalya reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etməyi tələb edib. Təyyarə saat 09:18-də Bakı hava limanında uğurlu eniş edib”, - məlumatda deyilir.
Məlumata görə, "Boeing B737" təyyarəsinin plandankənar enməsinə baqaj bölməsində işləyən tüstü sensoru səbəb olub. **
R.Kərimov