Bazar günü “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Bakı-Moskva reysini yerinə yetirən təyyarə texniki səbəbdən uçuş hava limanına qayıdıb. Bu barədə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib. Təyyarə saat 08:08-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib”, - məlumatda deyilir. **
R.Kərimov