RF-nin Tula vilayətinin bir sıra kiçik və orta biznes müəssisələri məhsullarının sınaq partiyalarını Azərbaycanın ticarət şəbəkələrinə təqdim edəcəklər. Bu barədə Tula administrasiyasının mətbuat xidməti məlumat verib.
Tula vilayətinin nümayəndə heyətinin Bakıya səfərinin yekunlarına dair müvafiq qərar qəbul olunub.
“Biznes missiyanın yekunlarına dair Azərbaycanın ən iri ticarət şəbəkələrinə məhsulların sınaq partiyalarının tədarükünə, həmçinin tikinti sahəsində miqyaslı layihələrdə Tula şirkətlərinin iştirakına dair ilkin razılıqlar əldə olunub”, - məlumatda deyilir.
“Biznes missiyanın yekunları üzrə Azərbaycan Respublikasının nümayəndələri yerli bazarda analoqu olamyan yeni məhsullarla tanış olublar. Tula məhsulları alıcılar tərəfindən kifayət dərəcədə qiymətləndiriləcək”, - məlumatda Tula vilayətinin sənaye və ticarət naziri Vyaçeslav Romanovun sözlərindən sitat gətirilir.
Tula vilayətinin nümayəndə heyəti 9-11 avqust tarixlərində Bakıda səfərdə olub. **