“Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən təyyarə sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı səbəbindən bazar günü səhər saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıdıb.
“Ekipaj üzvləri və mühəndis-texniki heyəti tərəfindən təyyarəyə baxış keçirildikdən sonra yaranan texniki problem müəyyən edilib - sensorların nasazlığını düzgün əks etdirməyən xəbərdarlıq siqnalı”, - məlumatda deyilir.
Aviaşirkətdən qeyd olunub ki, hava gəmisi tam saz vəziyyətindədir və uçuşa hazırdır.
“Reysin sərnişinləri Bakıdan Moskvaya eyni təyyarə ilə yola düşəcəklər”, - məlumatda deyilir. **
R.Kərimov