Avqustun əvvəlində RF-nin Orenburq vilayətinin qida və kimya sənayesi sahələrini təmsil edən sahibkarlar biznes missiya çərçivəsində Azərbaycanda potensial tərəfdaşlarla danışıqlar aparıblar. Bu barədə “Moy biznes” (“Mənim biznesim”) mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, B2B görüşlərin yekunlarına dair bzines cəmiyyətinin nümayəndələri ilə sazişlər imzalanıb.
Belə ki, “MaqniyProm” QSC şirkəti Azərbaycan ərazisində nümayəndəliyə dair distribyutor müqaviləsi imzalayıb.
“Qrilyaj” MMC şirkəti HoReCa bazarının nümayəndələri, həmçinin bir sıra iri şəbəkə riteylerləri ilə danışıqlar aparıb. Azərbaycan ərazisinə məhsulların tədarükünə, o cümlədən, bəyan edilmiş satış kanalları üçün dequstasiya keçirilməsinə dair ilkin razılıq əldə olunub.
“Musixin. Mir myoda” MMC şirkəti riteyllərin piştaxtalarında öz məhsullarının yerləşdirilməsi imkanı əldə edib, yerləşdirilmə detallarına dair danışıqlar aparılır.
2-4 avqust 2022-ci il tarixlərində RF-nin Orenburq vilayətinin qida və kimya sənayesi sahələrini təmsil edən sahibkarlar Azərbaycana biznes missiya təşkil ediblər.
Tədbir çərçivəsində iştirakçılar üçün RF-nin Azərbaycandakı ticarət nümayəndəsi və ölkədə Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin rəhbəri ilə görüş təşkil olunub. Nümayəndə heyətinin üzvləri ölkənin rezidentləri ilə maliyyə hesablaşmaları, logistika və sertifikatlaşdırma məsələlərini müzakirə ediblər. **