Azərbaycanda koronavirus infeksiyasına 518 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 805 min 103-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 420 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, COVID-19-a sutkalıq yoluxma sayı təxminən 23,3% artıb
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 5 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 9 min 773 nəfər təşkil edir.
Virusa yoluxmuş 792 min 113 nəfər (sutka ərzində +457) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 217 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 553 (ötən gün 3 min 303 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 95 min 150 test aparılıb.**
R.Kərimov