Ermənistan müdafiə naziri Suren Papikyan Moskvaya işgüzar səfərə yola düşüb. Bu barədə nazirliyin mətbuat katibi Aram Torosyan məlumat verib.
“Avqustun 14-də Ermənistan müdafiə naziri Suren Papikyanın rəhbərlik etdiyi nümayəndə heyəti Moskvaya işgüzar səfərə yola düşüb”, - Torosyan sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, səfər çərçivəsində Papikyanın Rusiyanın müdafiə naziri Sergey Şoyqu və digər yüksək rəsmilərlə görüşü planlaşdırılıb. **