Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bakı şəhərində 3 məktəbin əsaslı təmiri işlərinə 2,3 milyon manatdan artıq vəsait yönəldəcək.
Xüsusilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi 106 nömrəli, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 299 nömrəli və Suraxanı rayonu A.Səfərov adına 114 nömrəli tam orta məktəblərin əsaslı təmiri planlaşdırılır.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az saytına istinadən xəbər verir ki, işlərin podratçısı “MEQAPLUS” firmasıdır.
Firma ilə 2 milyon 326 min 545,57 manat dəyərində müvafiq müqavilə bağlanıb.*
E.Şəfiyev