2022-ci ilin I yarısında Azərbaycana 400 min 748,7 ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 0,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $142 milyon 965,8 min (artım 39,7%) təşkil edib.
İyun ayında $18 milyon 916,4 min dəyərində 45,123 min ton buğda (2022-ci ilin may ayında $18 milyon 779,2 min dəyərində 47,583 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın iyun ayında aldığı buğdanın qiyməti bir ton üçün $419,2 təşkil edib. Bütövlükdə, yanvar-iyun aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $356,7 olub.
Hesabat dövründə Azərbaycana $72 milyon 241,7 min dəyərində (azalma 11,4%) 133,626 min ton şəkər xammalı və şəkər (azalma 25,1%), $109 milyon 422,1 min dəyərində (artım 9,4%) 66,789 min ton bitki yağı (azalma 9,2%), $35 milyon 346,2 min dəyərində (artım 12%) 7,146 min ton çay (azalma 6,2%), $24 milyon 775,3 min dəyərində (artım 57,7%) 16,533 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 31%) idxal edilib.
Bununla yanaşı, respublikaya $5 milyon 568 min dəyərində (azalma 55,2%) 1,259 min ton iribuynuzlu heyvan əti (azalma 61,6%), $24 milyon 775,3 min dəyərində (artım 57,7%) 16,533 min ton quş əti və quş əti məhsulları (artım 31%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $74 milyon 614,4 min dəyərində (artım 12,2%) 79,667 min ton meyvə (artım 11,3%), $12 milyon 488,9 min dəyərində (azalma 14,1%) 20,837 min ton tərəvəz (azalma 28,1%), $30 milyon 536,9 min dəyərində (artım 18,1%) 110,337 min ton kartof (artım 6,3%) idxal edilib.
Yanvar-iyun aylarında ölkədən $136 milyon 391,5 min dəyərində (dəyişməyib) 119,313 min ton tərəvəz (azalma 8,6%), $152 milyon 144,7 min dəyərində (artım 20,6%) 104,201 min ton meyvə (artım 2,2%), $35 milyon 59,2 min dəyərində (azalma 12%) 78,156 min ton kartof (azalma 24,9%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $9 milyon 629 min dəyərində (azalma 49,6%) 14,918 min ton şəkər (azalma 59,6%), $9 milyon 763,2 min dəyərində (artım 6,8%) 5,521 min ton bitki yağı (azalma 26,5%) ixrac edilib.
Yanvar-iyun aylarında Azərbaycan $6 milyon 927,7 min dəyərində (azalma 13,6%) 5,608 min ton meyvə və tərəvəz şirələri (azalma 16,8%), $1 milyon 345,5 min dəyərində (azalma 21,9%) 89 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (azalma 27,3%), $3 milyon 714 8 min dəyərində (azalma 20,3%) 3,002 min ton meyvə və tərəvəz konservləri (azalma 21,6%), $10 milyon 598,7 min dəyərində (artım 3,5 dəfə) 3,154 min ton tütün (artım 2,9 dəfə) ixrac edib.*
N.Abbasova