Hesablama Palatası 2022-ci ilin I yarısı ərzində dövlət büdcəsində debitor borcların məbləğinin azaldığını qeyd edir.
“İnterfaks-Azərbaycan” agentliyi Hesablama Palatasının məlumatına istinadən xəbər verir ki, 30 iyun 2022-ci il tarixinə debitor borcların məbləği 2 milyard 143,6 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 683,0 milyon manat və ya 24,2% azdır.
Məlumatların təhlili göstərir ki, hesabat dövründə əvvəlki ildən yaranmış borcların bir hissəsi tam bağlanıb.
“2021-ci ilin dövlət büdcəsinin icrasına dair rəydə Hesablama Palatası tərəfindən qabaqcadan ödənişlərin artımı risk kimi vurğulanmış, bu istiqamətdə inzibatçılığın gücləndirilməsinə zərurət olduğu bildirilmişdir. Hesabat dövründə qabaqcadan ödənişlərin əhəmiyyətli azalması müsbət məqam kimi qiymətləndirilməlidir”, - deyə məlumatda bildirilir.*
R.Əhmədov