2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1,21 min ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2021-ci ilin müvafiq dövrü ilə müqayisədə avtomobil istehsalı 28,7% və ya 270 ədəd artıb.
Yanvarda 102, fevralda 3, martda 334, apreldə 271, mayda 229, iyunda 118, iyulda 153 ədəd avtomobil istehsal edilib.
1 avqust 2022-ci il tarixinə anbarlarda 301 ədəd minik avtomobili var.
Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 303 ədəd traktor istehsal edilib ki, bu da 2021-ci ilin 7 ayı ilə müqayisədə 25,6% azdır.
2022-ci il avqustun 1-nə anbarlarda 29 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
2021-ci ildə Azərbaycanda 2 min 43 ədəd avtomobil (2020-ci illə müqayisədə artım 4,8%) və 651 ədəd traktor (artım 2,2 dəfə) istehsal olunub.*
X.Nəsirzadə