Nazirlər Kabineti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilməsi haqqında qərar qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi hökumətin saytına istinadən xəbər verir.
Nazirlər Kabinetinin digər qərarı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Eyni zamanda, təhsil müəssisələrinin nizamnamələri də təsdiq edilib.
ADNSU-nun nizamnamə fondu 102 milyon 734,549 min manat, ADMİU-nun nizamnamə fondu 17 milyon 413 min 263,78 manat təşkil edəcək.*
E.Şəfiyev