29 siyasi partiya “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib.
“Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət ediblər. Artıq Azərbaycanda dövlət qeydiyyatına alınmış 29 siyasi partiya yeni qanun layihəsinə dair təkliflərini təqdim edib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi parlamentin mətbuat xidmətinə istinadən xəbər verir.
Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunun hazırlanmasının vacibliyi öz əksini tapıb.
Hazırda yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir.*
E.Şəfiyev