Azərbaycanda koronavirus infeksiyasına 110 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 805 min 213-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 518 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9 min 777 nəfərə çatıb.
Virusa yoluxmuş 792 min 230 nəfər (sutka ərzində +117) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 210 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 2 (ötən gün 3 min 553 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 97 min 152 test aparılıb.*
R.Əhmədov