2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda elektrik enerjisinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,3% artaraq 1 milyard 37,7 milyon kVt·st olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
İyul ayında elektrik enerjisinin ixracı 374,2 milyon kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 2,45 dəfə artıb.
2022-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin idxalı 83,5 milyon kVt·st olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,5% azdır.
İyul ayında elektrik enerjisinin idxalı 12,4 milyon kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artıb.
2022-ci ilin yanvar-iyul aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 16 milyard 278,1 milyon kVt·st olub.
2021-ci ildə Azərbaycanda elektrik enerjisinin ixracı 1 milyard 673,4 milyon kVt·st (2020-ci illə müqayisədə artım 45,4%), idxalı isə 151,6 milyon kVt·st (+ 11,1%) təşkil edib.*
R.Əhmədov