Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $41,4 milyon satıb.
Avqustun 11-də keçirilən hərracda banklara $39 milyon məbləğində xarici valyuta satılmışdı.
“Hərracda tələb $41,4 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
ARDNF 2022-ci ilin yanvar-iyul aylarında valyuta hərraclarında $2 milyard 951,5 milyon (2021-ci ilin müvafiq dövrü ilə müqayisədə azalma 8,6%) satıb.
2021-ci ildə ARDNF valyuta hərraclarında $6 milyard 679 milyon məbləğində vəsait (2020-ci ilin göstəricisi ilə müqayisədə azalma 8,6%) satıb.*
X.Nəsirzadə