Azərbaycan Vətən müharibəsindən sonra Ermənistanla sərhəddə 110 döyüş məntəqəsi yaradıb.
“Azərbaycan-Ermənistan dövlət sərhədində 110 döyüş məntəqəmiz var. Hazırda orada xidmət davam edir. Ərazilərin minalardan təmizlənməsi üzrə də böyük işlər görülür”, - deyə Dövlət Sərhəd Xidməti rəisinin müavini Abbas Xəlilov bu gün keçirilən brifinqdə bildirib.
O əlavə edib ki, Azərbaycan-İran sərhədində 14 zastavanın fəaliyyəti bərpa olunub.
A.Xəlilovun sözlərinə görə, Qazaxın 7 kəndi ilə bağlı məsələ delimitasiya mövzusudur.*
E.Şəfiyev