Rusiyanın müdafiə naziri Sergey Şoyqu avqustun 16-da Beynəlxalq Təhlükəsizlik üzrə X Moskva konfransı çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyanla danışıqlar aparıb. Danışıqlar zamanı Qarabağdakı Rusiya sülhməramlı kontigentinin fəaliyyəti müzakirə olunub.
“Müzakirə edəcəyimiz hərbi-texniki və hərbi əməkdaşlığa dair ənənəvi məsələlər, habelə Dağlıq Qarabağdakı sülhməramlı kontingentimizin fəaliyyəti ilə bağlı məsələlər var. Sizin kimi, biz də əvvəlki kimi əminik ki, bütün təmas xəttində atəşkəs rejimi başlıca sabitləşdirici amildir”, - deyə Şoyqu bildirib.
“Bu görüş bizim üçün çox vacibdir. Biz Ermənistan-Rusiya əməkdaşlığının mövcud səviyyəsini, eləcə də Rusiyanın Cənubi Qafqazda rolunu yüksək qiymətləndiririk”, - deyə Ermənistan müdafiə naziri bildirib.*