Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Türkmənistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasovun etimadnaməsini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən xəbər verir.
İ.Əliyev qeyd edib ki, son vaxtlar iki ölkə arasında iqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və digər sahələrdə yeni nəticələr var.
“İnanıram ki, əldə edilmiş razılaşmaların icrası yeni imkanlar açacaq. Çünki indi biz əməkdaşlığın çox önəmli mərhələsindəyik. Ancaq iki ölkənin bütün imkanları hələ ki, tam realizə olunmayıb, yəni, ikitərəfli əməkdaşlıq formatında. Ona görə əldə edilmiş razılaşmaların icrası öz növbəsində yeni addımlara gətirib çıxaracaq”, - deyə prezident vurğulayıb.
Öz növbəsində, Q.Elyasov qarşılıqlı səfərlərin, ayrı-ayrı sahələr üzrə imzalanmış sənədlərin, həm də həyata keçirilmiş bir çox layihələrin əməkdaşlığımızın genişlənməsində mühüm rol oynadığını diqqətə çatdırıb.
Səfir Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun, eyni zamanda, Türkmənistanın Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını İ.Əliyevə çatdırıb.*
E.Şəfiyev