Azərbaycan 2022-ci ilin yanvar-iyun aylarında 46 min 266,92 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 38,6% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $45 milyon 256,86 min (azalma 13,3%) təşkil edib.
Rusiyadan $22 milyon 967,81 min dəyərində (azalma 26,7%) 23 min 705,07 ton benzin (azalma 48,3%) idxal edilib. “Premium Euro-95” markalı benzin idxalının 51,2%-i bu ölkənin payına düşüb.
Rumıniyadan $6 milyon 505,55 min dəyərində 7 min 286,18 ton, Bolqarıstandan $11 milyon 306,75 min dəyərində 9 min 917,34 ton, Türkmənistandan $4 milyon 153,73 min dəyərində 4 min 944,58 ton, Belarusdan $323,02 min dəyərində 413,75 ton benzin idxal edilib.
2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana $821,02 min dəyərində (azalma 35,5%) 749,56 ton “Super Euro-98” markalı avtomobil benzini (azalma 52%) idxal edilib.
Rusiyadan $528,4 min dəyərində 482,27 ton, Rumıniyadan $292,62 min dəyərində 267,29 ton benzin idxal edilib.
Azərbaycan 2021-ci ildə $111 milyon 106,15 min dəyərində (artım 1,9 dəfə) 147 min 412,23 ton “Premium Euro-95” markalı avtomobil benzini (artım 52%) idxal edib.
2021-ci ildə Azərbaycana $2 milyon 395,07 min dəyərində (artım 14,2%) 2 min 684,79 ton (artım 1,1%) “Super Euro-98” avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir.*
N.Abbasova