Azərbaycanda koronavirus infeksiyasına 549 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 805 min 762-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 110 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 777 nəfər təşkil edir.
Virusa yoluxmuş 792 min 765 nəfər (sutka ərzində +535) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 220 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 min 372 (ötən gün 2 min 2 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 101 min 524 test aparılıb.*
E.Şəfiyev