Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 17-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7309 manat/1EUR səviyyəsində (avqustun 16-na 1.7269 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0278 manat/1RUB səviyyəsində (avqustun 16-na 0.0277 manat/1RUB) müəyyən edib.
Avqustun 17-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0947 manat/1TRY səviyyəsində qalıb.*
N.Abbasova