Azərbaycan 2022-ci ilin yanvar-iyul aylarında ərzaq məhsullarının idxalını ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% - $1 milyard 190 milyon 423,63 minədək artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Ərzaq məhsullarının idxalının strukturunda əsas həcm – 429 min 806,11 ton (artım 5,1%) buğdanın ($154 milyon 660,17 min), 39 min 642,75 ton (artım 2 dəfə) qarğıdalının ($14 milyon 624,26 min), 36 milyon 817,77 ton (artım 17%) düyünün ($31 milyon 202,8 min), 8 min 427,93 ton (azalma 3,5%) çayın ($42 milyon 177,6 min), 231 min 933,03 ton (artım 3,7%) meyvə-tərəvəz məhsullarının ($141 milyon 998,96 min), 23 min 556,94 ton (artım 6,4%) ətin ($39 milyon 798,58 min), 84 min 369,47 ton (azalma 7,5%) bitki və heyvan mənşəli yağların ($143 milyon 679,54 min) payına düşüb.
Yanvar-iyul aylarında Azərbaycana $68 milyon 401,03 min dəyərində 12 min 31,63 ton kərə yağı (artım 32,9%) idxal edilib.
Hesabat dövründə Azərbaycana bütün idxalın 15,89%-i ərzaq məhsullarının payına düşüb.*
N.Abbasova