2022-ci ilin I yarısının sonuna Azərbycanda əmtəəlik təbii qaz ehtiyatlarının həcmi 20 milyard 406,3 milyon kubmetr təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ehtiyatların 86,3%-i hasilatın, 13,7%-i qalığın hesabına formalaşıb”, - deyə məlumatda bildirilir.
Təbii qazın 31,8%-i istehlak, 55,6%-i ixrac olunub, 2%-i itkiyə gedib, 10,6%-i isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıb.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 62,9%-i istehsal ehtiyaclarına sərf edilib, 37,1%-i isə əhaliyə satılıb.
Hesabat dövründə əhali tərəfindən 2 milyard 404 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% çox təbii qaz istehlak edilib.
Bu həcmin 38%-i Bakı şəhərinin,qalanı bölgələrin payına düşüb.*
N.Abbasova