Prezident İlham Əliyev avqustun 17-də Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hərbi qulluqçular 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar.
Siyahıda xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş 12 hərbi qulluqçunun adları var. Onlardan 7 nəfəri 2021-ci ilin noyabr ayında baş vermiş helikopter qəzasında həlak olub.
2021-ci il noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.*
X.Nəsirzadə