Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsində iştirak ediblər. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Xatırladaq ki, bu gün Bakının Dənizkənarı Milli Parkında Müslüm Maqomayevin abidəsinin açılışı olub.*
R.Kərimov