Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 18-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 18-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7284 manat/1EUR səviyyəsində (avqustun 17-nə 1.7309 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 18-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0281 manat/1RUB səviyyəsində müəyyən edib (17 avqust - 0.0278 manat/1RUB).
Avqustun 18-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0947 manat/1TRY səviyyəsində qalıb.**
X.Nəsirzadə