Prezident İlham Əliyev avqustun 18-də Cənubi Afrika Respublikası, Monqolustan, Yeni Zelandiya və Çad Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib.
Dövlət başçısının saytında dərc olunmuş məlumata görə, Dipuo Berta Letsatsi-Duba Cənubi Afrika Respublikasının, Qombosuren Munxbayar Monqolustanın, Adum Danqay Nokur Qet Çad Respublikasının, Zoe Daun Kolson-Sinkler isə Yeni Zelandiyanın Azərbaycanda yeni təyin olunan səfirləridir.*
E.Şəfiyev