Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev avqustun 24-də Azərbaycana rəsmi səfər edəcək. Bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 24-də Bakı şəhərinə səfər edəcək”, - deyə məlumatda bildirilir.
Bakıda dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri planlaşdırılıb.
Danışıqların gündəliyinə Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlığının inkişafı, ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir. Danışıqların yekunları üzrə bir neçə ikitərəfli sənədin imzalanması nəzərdə tutulur.*
N.Abbasova