2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana $376 milyon 704,16 min dəyərində əczaçılıq məhsulları idxal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana $376 milyon 704,16 min dəyərində (artım 28,6%) 17 min 481,3 ton (artım 25,6%) əczaçılıq məhsulları idxal edilib.
Hesabat dövründə ölkəyə mal idxalının 5,03%-i əczaçılıq məhsullarının payına düşüb.
2021-ci ildə Azərbaycana $528 milyon 566,59 min dəyərində (artım 40,1%) 22 min 335,95 ton (azalma 1,5%) əczaçılıq məhsulları idxal edilib.*
N.Abbasova