Azərbaycanda koronavirus infeksiyasına 545 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 807,017 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 710 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 9784 nəfərə çatıb.
Virusa yoluxmuş 793,747 min nəfər (sutka ərzində +479) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3486 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3802 (ötən gün 4852 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 110,178 min test aparılıb.*
X.Nəsirzadə