Müdafiə Nazirliyi Azərbaycan Ordusunun hərbi qulluqçusunun odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edib.
“Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Mirzoyevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edirik”, - deyə nazirliyin məlumatında bildirilir.
Faktla bağlı araşdırma aparılır.*
X.Nəsirzadə