Baş Prokurorluq Azərbaycan Ordusunun hərbi qulluqçusunun odlu silahdan açılan atəş nəticəsində vəfat etməsində şübhəli bilinən şəxsin tutulması barədə məlumat yayıb.
“İstintaqla cinayətin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəhruz Rzayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. Bəhruz Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib”, - deyə məlumatda qeyd olunur.
Məlumata görə, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elmar Mirzoyevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Ağdam hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.
Müdafiə Nazirliyi də Elmar Mirzoyevin odlu silahdan açılan atəş nəticəsində aldığı güllə yarasından vəfat etməsi faktını təsdiq edib.*
X.Nəsirzadə