Bolqarıstanın müdafiə nazirinin vəzifələrini icra edən Dimitar Stoyanov Azərbaycanın Sofiyadakı səfiri Hüseyn Hüseynovla görüşüb, tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.
“Şadam ki, Bolqarıstan və Azərbaycan təkcə müdafiə sahəsində deyil, bir sıra digər sahələrdə də gözəl tərəfdaşlığı inkişaf etdirir. Biz Azərbaycanın Bolqarıstanın tamhüquqlu üzvü olduğu NATO-nun etibarlı tərəfdaşı olmasını yüksək qiymətləndiririk”, - deyə Stoyanov bildirib.
Öz növbəsində, Hüseynov qeyd edib ki, onun vəzifəsi iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Görüşdə D.Stoyanov Bolqarıstan Müdafiə Nazirliyinin əvvəlki rəhbərliyinin Azərbaycanın müdafiə naziri Zakir Həsənovun Bolqarıstana səfər etməsi ilə bağlı dəvətini təsdiqləyib.*
E.Şəfiyev