Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 19-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Avqustun 19-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7129 manat/1EUR səviyyəsində (avqustun 18-nə 1.7284 manat/1EUR) müəyyən edilib.
AMB avqustun 19-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0283 manat/1RUB səviyyəsində (avqustun 18-nə 0.0281 manat/1RUB) müəyyən edib.
Avqustun 19-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0940 manat/1TRY (avqustun 18-nə 0.0947 manat/1TRY) səviyyəsində müəyyən edilib.*
E.Şəfiyev