Nazirlər Kabineti “İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
İdman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə yönəldilən hissəsi aşağıdakı qaydada müəyyən edilib:
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatanadək - hər ay üçün aylıq dövriyyənin 1 faizi;
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğinə çatan ay üçün - aylıq dövriyyənin 100 milyon manata çatanadək olan hissəsinin 1 faizi, 100 milyon manat məbləğindən artıq olan hissəsinin 2,5 faizi;
təqvim ili ərzində toplam dövriyyənin cəmi 100 milyon manat məbləğindən artıq olduqda - hər ay üçün aylıq dövriyyənin 2,5 faizi.*
E.Şəfiyev