Azərbaycan 2022-ci ildə Rusiyadan iri və xırdabuynuzlu mal-qaranın fəal idxalçılarından biridir.
“İnterfaks-Azərbaycan” agentliyi “Rosselxoznadzor”un məlumatına istinadən xəbər verir ki, 2022-ci ilin əvvəlindən RF-dən 114,7 min baş donuz (ümumi həcmin 48,3%-i), iribuynuzlu (10,9%) və xırdabuynuzlu (40,8%) mal-qara idxal edilib.
Azərbaycana təxminən 13 min baş diri xırdabuynuzlu heyvan idxal edilib.
Bundan başqa, 2022-ci ilin əvvəlindən RF-dən Azərbaycana iribuynuzlu mal-qara idxalı əhəmiyyətli dərəcədə (təxminən 1,5 min baş) artıb.*
R.Əhmədov