Avqust ayında “Rosselxoznadzor”un Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə İdarəsinin mütəxəssisləri tərəfindən Azərbaycana göndərilən 273 ton dondurulmuş quş əti partiyasına baytarlıq nəzarəti həyata keçirilib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Azərbaycan ilk dəfə Lipetsk vilayətindən heyvandarlıq məhsullarının idxalına başlayıb.
“İxrac idxalçı ölkənin baytarlıq tələblərinə riayət olunmaqla və razılaşdırılmış baytarlıq sertifikatının müşayiəti ilə avtomobil nəqliyyatı ilə həyata keçirilib”, - deyə “Rosselxoznadzor” qeyd edir.*
R.Əhmədov