Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter”də yazıb.
“Brüsseldə Azərbaycan-Ermənistan münasibətləri və Aİ-nin prosesdə iştirakı ilə bağlı Hikmət Hacıyev və Armen Qriqoryan ilə yaxşı və əsaslı müzakirələrimiz oldu”, - deyə qeyd edib.*