Avqustun 19-da Azərbaycanın baş naziri Əli Əsədov ilə Qırğızıstan Nazirlər Kabinetinin sədri Akılbek Japarov arasında telefon danışığı olub.
“Tərəflər Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri zamanı dövlət başçıları arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gedişini, eləcə də ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi Qırğızıstan hökumətinin saytına istinadən xəbər verir.
Japarov Əsədovu Avrasiya Hökumətlərarası Şurasının bu il avqustun 25-26-da Çolpon-Ata şəhərində keçiriləcək növbəti iclasında iştirak etmək üçün Qırğızıstana səfərə dəvət edib.*
E.Şəfiyev