Azərbaycanda koronavirus infeksiyasına 468 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 807 min 984-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 499 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 9 min 784 nəfər təşkil edir.
Virusa yoluxmuş 794 min 621 nəfər (sutka ərzində +396) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 3 min 579 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 120 (ötən gün 3 min 438 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 116 min 736 test aparılıb.*
R.Kərimov