2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana kondisioner idxalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 41,1% - 141,534 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $45 milyon 319,4 min məbləğində (artım 69,5%) qiymətləndirilir.
Yanvar-iyun aylarında Azərbaycana $60 milyon 379,8 min dəyərində (artım 2,2%) 260,838 min ədəd (azalma 22,7%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 27,9% - 76,564 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $18 milyon 128 min (azalma 21,2%) təşkil edir.**
B.Rüstəmbəyov