2022-ci ilin yanvar-iyun aylarında Azərbaycana pul köçürmələrinin həcmi $1 milyard 128 milyon təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
«2022-ci ilin birinci yarısında Azərbaycana pul köçürmələrinin həcmi 2,3 dəfə artaraq $1 milyard 128 milyon təşkil edib”, - AMB-dən qeyd olunub.
Həmçinin, 2022-ci ilin birinci rübündə onların həcmi $211 milyon, ikinci rübdə - $917 milyon təşkil edib.
2021-ci ildə Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 3,6% çoxdur.**
X.Nəsirzadə