Qubadlı Hərbi Prokurorluğunda Laçın rayonunda iki azərbaycanlı hərbi qulluqçunun minaya düşməsi faktı ilə əlaqədar araşdırma aparılır.
“İnterfaks-Azərbaycan”a Qubadlı Hərbi Prokurorluğundan verilən məlumata görə, avqustun 20-də Müdafiə Nazirliyinin hərbi qulluqçuları Vüqar Süleymanov, avqustun 21-də isə Heydər Gülmalıyev Laçın rayonunun ərazisində minaya düşüblər.
"Hər iki hərbçimiz minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar”, - Qubadlı Hərbi Prokurorluğundan vurğulanıb. **
R.Əhmədov