Azərbaycan 2022-ci ilin birinci yarısında $12 milyon 530,06 min dəyərində 18,68 min ton təzə alma ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
2021-ci ilin analoji dövrü ilə müqayisədə alma ixracı miqdar ifadəsində 35,6% azalıb, dəyər ifadəsində 8% artıb.
İxracın əsas həcmi Rusiyanın payına düşüb. Xüsusilə, 6 ay ərzində RF-yə $12 milyon 104,17 min dəyərində (artım 7,7%) 17,98 min ton təzə alma (azalma 26,6%) ixrac edilib. Ümumilikdə, Azərbaycandan alma ixracının 96,3%-i Rusiyanın payına düşüb. **
B.Rüstəmbəyov