Azərbaycan prezidenti İlham Əliyev ölkənin idman federasiyalarının əsas məqsədinin 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq olduğunu bildirib.
“Oyunlardan sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda Yay Olimpiya Oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb”, - Əliyev bazar ertəsi Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı qeyd edib.
Prezident əlavə edib: “Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq”.
“Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi Yay Olimpiya Oyunlarına hazırlıq olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, (Parisdə - İF) Yay Olimpiya Oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik”, - prezident vurğulayıb. **
A.Hüseynova