Sofiya Bakı ilə Azərbaycan qazının əlavə həcminin alışına dair danışıqları bərpa edir. Bu barədə Bolqarıstanın energütika naziri Rozen Xristov məlumat verib.
“Azərbaycanla tədarük həcminin artırılması və qiymətin razılaşdırılması üzrə intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmin artırılması ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Əlavə həcm ilə əlaqədar razılığa gəlməmişik, məsələ qiymətdədir, buna görə, buna görə, bazar ertəsindən etibarən danışıqlara başlayacağıq”, - Bolqarıstan mətbuatı Xristovun sözlərindən sitat gətirir.
O dəqiqləşdirib ki, Energetika Nazirliyi Bolqarıstanda qış mövsümü boyu tələbatın ödənilməsi üçün qaz həcminin axtarışını davam etdirəcək.
“Bundan sonra biz boru kəməri ilə qazın sistematik tədarükünü təmin etmək məqsədilə səylərimizi rəqabətədavamlı qiymətlərlə ortamüddətli müqavilələrin imzalanmasına yönəldəcəyik. Hazırda həcm bizi o qədər də narahat etmir, qaz tədarükünə dair təkliflərimiz var. Bizi daha çox narahat edən qiymət və bazarda qiymətin sistematik artım tendensiyasıdır”, - Xristov deyib.
“Mənim ideyam qaza olan daxili tələbatın 120%, 130%, 150% ödənilməsidir və bununla bizi geosiyasi və texniki zərbələrdən qorumaqdan ibarətdir”, Xristov bildirib.
O, həmçinin məlumat verib ki, Bolqarıstan oktyabrın 1-dən İGB inerkonnektoru ilə qaz nəqlini gözləyir. O cümlədən, nazir qeyd edib ki, əgər “interkonnektorun istismara verilməsi bir neçə gün gecikərsə və oktyabrda baş tutarsa, o zaman noyabrın 1-də Bolqarıstana qaz daxil olunacaq”.
Daha əvvəl Bolqarıstanın sabiq baş naziri Kiril Petkov bəyan edib ki, Azərbaycan Bolqarıstana qaz nəqlini 0,5-1 milyard kubmetr artırmağa hazırdır, lakin bunun üçün infrastruktur həll tapmaq lazımdır.
Hazırda Bolqarıstan Azərbaycandan qaz alan Aİ-nin üç ölkəsindən biridir.
Öncə energetika naziri Pərviz Şahbazov bəyan edib ki, Azərbaycan 2022-ci ildə Bolqarıstana 600 milyon kubmetr qaz ixrac edəcək (2022-ci ilin ilk yarısında 160 milyon kubmetr).
2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz ixracı 280 milyon kubmetr təşkil edib.
Azərbaycan qazının TAP ilə Avropaya – İtaliya, Yunanıstan və Bdanışıqlar olqarıstana nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi planlaşdırıldığından bir neçə dəfə az – ildə 1 milyard kubmetrə qarşı 250-300 milyon kubmetr olub.
Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) 2022-ci ilin iyul ayında istifadəyə verilib, bu da Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verir. **
N.Abbasova