Nazirlər Kabineti 2022-ci il sentyabrın 1-dən “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin (təhsilalanların sayına görə) və həmin müəssisələrin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi haqqında” qərar qəbul edib.
“İnterfaks-Azərbaycan”a Nazirlər Kabinetindən məlumat verilib ki, direktor və direktor müavinlərinin vəzifə maaşlarına aylıq əlavənin məbləği təhsilalanların sayından asılı olacaq.
Xüsusilə, direktorun vəzifə maaşına aylıq əlavə 600 manatdan 150 manatadək, direktor müavininin vəzifə maaşına aylıq əlavə - 200 manatdan 500 manatadək təşkil edəcək.
Təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr (sertifikatlaşdırmanın nəticəsi üzrə) 10% və 35% təşkil edəcək.
Nazirlər Kabinetinin bu qərarı ilə aşağıdakı saytda tanış olmaq mümkündür https://nk.gov.az/az/document/6382/. **
R.Əhmədov